Modern.az

Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb 

Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb 

İdman

Bu gün, 13:02

Azərbaycan Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından Modern.az-a verilən məlumata görə, “Kəpəz”lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb.

O, indiki klubundan başqa “Neftçi”də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər