Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.
Nazir Azərbaycandakı Estoniya səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək.
XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər və Estoniyanın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə dəstəyi daxildir.