Modern.az

“Qobu Park”da maşın vuran məktəblinin FOTOSU 

“Qobu Park”da maşın vuran məktəblinin FOTOSU 

Hadisə

Bu gün, 11:22

“Qobu Park” yaşayış kompleksində baş vermiş hadisə nəticəsində həyatını itirən məktəblinin fotosu yayılıb.

Modern.az xəbər verir ki, Emiliya adlı V sinif şagirdi Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alırmış.

Məktəb şagirdin vəfatı ilə bağlı başsağlığı açıqlaması yayıb.

Açıqlamada deyilir:

“Məktəbimizin V sinif şagirdinin yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı xəbərini böyük üzüntü ilə qarşıladıq. Onun vaxtsız itkisi ailəsi, yaxınları, müəllimləri və məktəb kollektivimiz üçün əvəzolunmaz itkidir.

Bu ağır gündə şagirdimizin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbir və dözüm diləyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər