Modern.az

Doktor Cavad Heyətlə FOTOSÖHBƏT

Doktor Cavad Heyətlə FOTOSÖHBƏT

Fotosöhbət

14 İyul 2014, 03:26

Məşhur doktor Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış zialılarından olub. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınıb. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin yaradıcılarından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb.

Cavad Heyət  orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb, daha sonra tibb təhsilinə başlayıb, ancaq üçüncu sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanıb. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıqdır ki, Tehran Universitetində calışır. İranda ilk dəfə açıq ürək əməliyyatı (koronar şuntlama) gerçəkləşdirib. Bu və digər uğurlarına görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. O, 12 il ərzində "Daneşe pezeşki" (Tibb Elmi) adlı jurnal dərc etdirmiş və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid uç kitabın müəllifidir. "Varlıq" dərgisinı nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildlik kitab yazıb.

Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur (həm tibb, həm də türkologiya sahəsi üzrə). O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir. Ailəlidir, 5 qızı, 5 nəvəsi, 2 nəticəsi var.

 

20 yaşım var. İstanbul Universitetində Tibb ixtisası qzrə təhsil alıram.

 

Şəkildəkilər iranlı, azərbaycanlı, türk tələbələrdir. 1944-cu ildə İstanbulda çəkdirmişik.

 

Atam Mirzəli Heyət İranda ədliyyəni yaradanlardan biri olub.

 

Anam Məsumə Sultan, mən və qardaşlarım...

 

İranın Şiraz şəhəri. Sağdakı mən, yanımdakı isə dünya şöhrətli cərrah Kristan Barnarddır. 1968-ci ildə onu qonaq çağırmışam.

 

Dunyada ilk dəfə insanda ürək köçürən Cənubi afrikalı professor Kristan Barnard şuşəyə qoyulmuş insan ürəyini mənə göstərir.

 

Burada artıq 35 yaşım var.

 

Ürək əməliyyatı apararkən.

 

Tehranda Türkiyə-İran dostluq cəmiyyətinin keçirdiyi görüş. Türkiyənin İrandakı səfiri və mən.

 

İrandakı xəstəxanada cərrahi qrupum və mən.

 

Bulud Qaraçənli ilə birlikdə...

 

Doktor Musəddiq və İranın böyük adamları ilə. 1951-ci il.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində mənə professorluq verilir. 1982-ci il.

 

Xalq şairi Bəxtiyar Vahabzadə, professor İbrahim Yıldırım,  professor Nurəddin Rzayevlə 16 il bundan əvvəl çəkdirmişik bu şəkli.

 

Böyük qızım doktor Məhin Heyət və nəvəm Xaqan.

 

Yazdığım kitablar və mənim portretim....

 

Bu şəkli Vilayət Quliyevlə o xarici işlər naziri olarkən çəkdirmişik.

 

Tehrandakı ürək cərrahları ilə bir yerdə...  

 

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovla birlikdə...

 

“Varlıq” jurnalının yazarları ilə kolllektiv şəklimiz. 2003-cü il. 

 

Qardaşlarımla birgə...

 

Azərbaycanın daxili işlər naziri Ramil Usubovla birlikdə 1995-ci ildə...

 

Dahi Nizami Gəncəvinin məqbərəsinin qarşısında tibb elmləri doktoru Nurəddin Rzayev, qızı və həyat yoldaşı ilə birgəyəm.

 

Kanadada beynəlxalq konfransda çıxış edirəm.

 

Bu şəkil mənim 80 yaşım olanda Bakıda çəkilib.

 

Tehrandakı tibb ofisimdir. Bu ofisdə xəstələrimi də qəbul edirəm.

 

Qızlarım və nəvələrimlə birgə...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bir neçə dəfə məni qəbul edib.

 

Nəticəm Arda...

 

Doktor Həmit Nitqi və ailəmizlə birgə...

 

1-ci nəvəm Təla və əri Tunc. 

 

Kiçik qızım Sanansla birgə...

 

Bu qiyafədə olan yeganə şəklimdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Güllə görüşərkən.

 

Həyat yoldaşım və mən...

 

Cavad Heyət jurnalistlərlə birgə - Seyfulla Mustafayev, Mirşahin Ağayev, Jeganə Əmiraslanova...

 

Bakıdakı ofisim. İş masasının arxasında...

 

Qızlarımla birgə...

 

Bu da bir xatirədir...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub