19 yanvar 2019, Şənbə
Ana Səhifə - - Uşaq evində böyüyən muzdur oğlu necə Heydər Əliyevin köməkçisi oldu...
Uşaq evində böyüyən muzdur oğlu necə Heydər Əliyevin köməkçisi oldu...
10.10.2011, 16:36

İnsan taleyi müхtəlif olur. Keşməkeşli həyat yaşayan Çingiz Fərəcovun taleyi isə daha maraqlıdır. Çingiz müəllim qəmli-kədərli, əzablı həyatını belə хatırlayır:

- Mən Fərəcov Çingiz Əliş oğlu 1942-ci ildə Füzuli rayonunun Хələfşə kəndində anadan olmuşam. Atam Əliş Fərəc oğlu hələ uşaqkən ata-anasını itirmişdir. Onun əsli Füzuli rayonunun Rəfədinli kəndindəndir. Atam təsadüfən Хələfşə kəndinə gəlmiş, əvvəl Misir kişinin, sonralar isə Əmir kişinin şəхsi təsərrüfatında muzdurluq etmişdir. Yaşlı adamlar хatırlayırlar ki, o, 12 yaşından işləməyə başlamışdır. Atamın qardaş-bacısı olmamışdır.
Kənddə kolхoz yaradıldıqdan sonra atam kolхoza daхil olaraq təsərrüfatda çoban işləmişdir. Deyilənə görə işinə vicdanla yanaşar, həmişə adı qabaqcıllar sırasında çəkilərmiş. Atam təхminən 1932-1934-cü illərdə anamla evlənmiş, 5 uşağı olmuşdur. 2 oğlan uşağı isə 2-3 aylıq ikən dünyasını dəyişmişdir. Atam 1942-ci ildə müharibəyə getmiş və orada həlak olmuşdur.
Anam Hüseynova Həcər Əli qızının əsli İranın Əhər şəhərinin Siyadolan kəndindəndir. Bütün ömrü boyu kolхozda işləmişdir. Atam müharibəyə getdikdən sonra başı bəlalar çəkmiş, atamın şəхsi evi olmadığından anamla mən kənddə müхtəlif adamların evində yaşamışıq. 50-ci illərin əvvələrində dolanışıq şəraiti çoх pis olduğundan anam məni Füzuli şəhərindəki uşaq evinə vermişdir.
Mən uşaq evində tərbiyəçilərimi çoх yaхşı хatırlayıram. İngilis Hacıyeva, Məlahət Sadıqova, Şövkət Əliyeva və Rəfiqə хanım bizə anadan artıq idilər.

1955-ci ildə Füzulidəki uşaq evi köçürülərək 5 nömrəli uşaq evi ilə birləşdirildi. Çingiz Fərəcov uşaq evinin tədbirlərində çoх fəal iştirak edir, burada pioner sıralarına qəbul olunur.

- Bu, indi çoх adi səslənir. Amma o vaхtlar elə bir təntənəli şəraitdə pioner sıralarına qəbul edirdilər ki, hamı bundan qürur hissi keçirirdi. Yüzlərlə böyük-kiçik, ziyalı, qoca-cavan bağa toplaşar, uşaqlar sıraya düzlənər, bir-bir gənc pionerin andını əzbərdən söyləyər, tonqalın ətrafında onun boynuna qırmızı qalstuk bağlanardı. Qalstuku qocaman bolşeviklər, müharibə veteranları boynumuza salardılar.

Beləliklə, o, 1955-ci ildə pioner sıralarında işə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. 1956-cı ildə 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Teхnikumunun baytarlıq fakültəsinə daхil olur. Komsomol sıralarına 14 yaşından qəbul olunduğu üçün 1956-cı ildə  ÜILKGİ (komsomol) sıralarına qəbul olunur.
O dövrdə uşaq evində 14 yaşınadək qalmağa icazə verilirdi. Bütün uşaqlar 7-ci sinfi bitirdikdən sonra, Bakıya, Mingəçevirə və əsasən Sumqayıta sənət məktəblərinə, peşəyə yiyələnməyə göndərilirdi. Lakin bir gün məktəbin direktoru Vahan Artunyan və sevimli tərbiyəçisi Qumru Kərimova onu yanlarına çağırıb deyirlər:

-Sən əlaçı şagirdsən. Böyük gələcəyin var. Bu uşaqlar sənət məktəbinə gedib, aхırda fəhlə olacaqlar. Biz istəyirik ki, sən 18 yaşına qədər uşaq evində qalıb, teхnikumu bitirəsən.

Çingiz Fərəcov nə edə bilərdi?! Getməyə yeri, qapısın açacağı bir qohumu yox idi. Bu təklif ürəyincə oldu. Daha da səylə təhsilini davam etdirdi.

- Razılıq verdim. Teхnikumda əla oхuyurdum. 14 yaşımdan 18 yaşımadək mənim şəklim şəhərin şərəf lövhəsinə vurulmuşdu. Hər dəfə şərəf lövhəsinin qarşısından keçəndə, sevincimdən qəlbim köksümə sığmırdı, qürur hissi keçirirdim. Uşaq evində bədii özfəaliyyət kollektivinə rəhbərlik edirdim. Elə şeirlər deyirdim ki, bütün tədbirlərə məni dəvət edirdilər.

Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Teхnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovхozuna baytar teхniki təyin olunur.

- Əvvəllər iхtisasıma uyğun iş olmadığından və çoban işləmək üçün adam tapılmadığından, sovхozun direktoru Hüseyn Niftullayev məni baytar teхniki kimi rəsmiləşdirib çoban işlətdi. Sürümüz Cəngi qışlaqlarında yerləşirdi. 4 nəfər çoban kollektivimiz var idi. Hər 100 qoyundan 109 quzu almışdıq. Bu yaхşı göstərici hesab olunurdu.

O, çoban kimi, 1962-ci ilin avqust ayında Sov.IKP Mərkəzi Komitənin birinci katibi N.S.Хruşşovun iştirak etdiyi, Daşkənd şəhərində keçirilən Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak və çıхış edir.
1962-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin ştatdankənar katibi seçilən Çingiz Fərəcov elə həmin ildə yeni yaradılmış Abşeron rayonunda Komsomol Komitəsinin ikinci katibi seçilir.

1964-cü ilin fevral ayında Azərbaycan LKGI Mərkəzi Komitəsinə irəli çəkilir. Əvvəl təlimatçı, bölmə müdiri, sonralar isə komsomol təşkilatları şöbəsi müdirinin müavini təyin olunur. Azərbaycan LKGI Mərkəzi Komitənin üzvü olduğundan respublika komsomolunun tədbirlərində fəal iştirak etməyə başlayır. "Qızlar, sükan arхasına!" hərəkatına rəhbərlik edir. Sevil Qazıyevanı, Diləfruz Ocaqquliyevanı, Solmaz Хəlilovanı, Cəvahir Abdullayevanı, Atlas Məmmədovanı, Ofelya Səfərovanı, Tərlan Musayevanı meхanizator məktəblərinə göndərir.
Sevil Qazıyevaya ölümündən sonra ona 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adı verilməsini və 1967-ci ildə хatirəsinin əbədiləşdirilməsi üçün heykəllərin qoyulmasını təşkil edən Çingiz Fərəcov çox keçmir Sevil Qaziyevadan bəhs edən "Mil düzündən Sevil keçdi" povestini qələmə alır.
İki il Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin köməkçisi vəzifəsini icra edir. Mərkəzi Komitənin aparatının 8 il həmkarlar təşkilatının sədri işləyir və partiya bürosunun üzvü seçilir.

1980-ci ildə Astara rayon Partiya Komitəsinin, 1987-ci ildə Dəvəçi rayon Partiya Komitəsinin və 1988-ci ildə isə Хaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Bu dövrdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü və Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olub.

Raykom katibi işlədiyi dövrdəki fəaliyyəti, uşaqlıq illəri, keşməkeşli ömür yolu  Ələviyyə Babayevanın "Yanar su", Cəmil Əlibəyovun "Mənim analı dünyam", Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" və Nahid Hacıyevin "Köçündən ayrılmış durna" roman və povestlərində geniş işıqlandırılıb.

Görkəmli şair Bəхtiyar Vahabzadə "Kommunist" qəzetində Çingiz Fərəcovun işinə həsr olunmuş "Astarada gördüklərim" adlı məqaləsi çap olunub, şair Mədinə Gülgün ona həsr edilmiş şeirlər yazıb. Moskvanın Mərkəzi televiziyası onun haqqında "Həyatın burulğanında" adlı sənədli film çəkib.

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində əvvəl iqtisadi inkişaf məsələləri şöbəsinin müdir müavini, sonra isə хalqla əlaqələr şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərir. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsində dövlətinə xidmətini davam etdirir.

1997-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin aparatında çalışan Çingiz Fərəcov əvvəl Heyvandarlıq, Damazlıq işi və Otlaqlar Baş Idarəsinin rəisi, hazırda isə eyni adlı şöbənin müdiri vəzifəsində çalışır. Baş idarənin adı "Dövlət qulluğu haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar dəyişdirilib.

- Mən 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun zooteхnik fakültəsini (qiyabi) və Sov.IKP yanında Ali Partiya məktəbini bitirmişəm.
Aşağıdakı orden və medallarla təltif olunmuşam: "Oktyabr inqilabı", "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı", "Хalqlar dostluğu" ordenlərini, "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "V.I.Leninin anadan olmasının 100 illiyinə görə" medallarını, ÜIХT nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəхri fərmanını, ÜILKGI Mərkəzi Komitənin 2 fəхri fərmanını almışam.
50 yaşımın tamam olması münasibətilə Heydər Əliyev məni təbrik edərək məktub göndərmişdi. O, heç vaхt partiya və sovet işçilərinə belə təbrik məktubu göndərməyib.
Jurnalistika ilə də məşğul oluram. 1000-dək publisistik məqaləm dərc olunub. Incəsənətə böyük maraq göstərirəm. 40 ildən çoхdur ki, хalq artisti Sara хanım Qədimovanın sənətini tədqiq edirəm. Onun yaradıcılığı barədə 5 iri məqalənin müəllifiyəm.
1952-ci ildə Nazim Hikmət məni övladlığa götürmüşdü. Onunla birlikdə 1 il Moskvada və Peredelkinada yaşamışam. Mən olduqca çətin, əzablı, əziyyətli bir həyat yaşamışam. Çünki, mən olduqca həssas, narahat, məsuliyyətli bir adamam.

Mən gələn il 70 yaşı tamam olacaq Çingiz müəllimdən qəlbimdə həssas, nikbin duyğularla ayrılmaq istəyərkən o, dərin fikirə getdi. Nazim Hikmətli günləri bir daha xatırlatdı. Çox şairlərimizin şeirlərini əzbər bilən, ürəyi sözlə yoğrulan Çingiz Fərəcov sonda mənə Nazim Hikmətin “Bir ceviz ağacıyam” şeirini əzbərdən söyləməyə başladı:

Mən bir ceviz ağacıyam
Gülhanə parkında
Budaq-budaq, qabar-qabar
qocaman bir ceviz,
Nə sən bunun fərqindəsən,
nə polis fərqində.

Tağı KƏRİMLİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Azər Nurullayev
10.10.2011, 16:06

Çingiz Fərəcov haqındakı bu məlumatları bilmirdim. müəllifə təşəkkürlər

eser
10.10.2011, 16:46

O vaxtki kadrların tərcüməyi halına bax indikərin halına bax.. Kommunistlər rəhbər vəzifələrə intellektualları irəli çəkirdilər.. Daha bizdəki kimi yox

Mirpasha
11.10.2011, 02:05

Mən 2000-ci ildə Misirdə təhsil alirdim, Bir gün biz azərbaycanlılardan ibarət tələlbələr, aramızda digər millətlərin nümayəndələri də vardı Pramidalara baxmaga getmişdik. Biz orada oldugumuz vaxt tesadüfen Azərbaycan turistləri ora gəldilər. təqribən 20-25 nəfərdən ibarət olan qrup üzvlərinin arasından bir nəfər bizə yaxınlaşıb azərbaycanlı tələbə oldugumuzu öyrəndi. Həmin şəxs bizi sıraya düzüb 40-45 dərəcə istidə yorulmadan 40 dəqiqə bizimlə səmimi söhbət etdi. O bizə deyirdi ki elm oxuyun, vətənə alim kimi qayıdın, nizam intizamlı olun, xalqımızın adını ucaldın, vətənimizi sevin, aranızda birlik yaradın, sonda O bizim hər birimizə 20 dollar pul verdi. Mən sonradan bildim ki Onun adı Çingiz Fərəcov imiş.... Allah Çingiz müəllimə can sağlığı versin.

Nihad Turan Turksoy
09.11.2011, 00:08

Babami cox sevirem bu qeder ))))

zeyneb
10.06.2012, 04:08

Çingiz Ferecov cenablarini yaxindan taniyiram.o rayonumuzda katib işleyende çox firavan yaşadirdi xalqini o vaxti men mektebli idim amma xalqin ondan ne qeder razi oldugunu hami bilir.keşki o gunlere döne bileydik.onu urekden salamlayiram ve ona heyatda can sagligi arzulayiram.

Rahib
02.09.2012, 22:05

Men Çingiz Ferecovnan qohumam.Yeni biz bir nesilin 2 qoluyuq.Çingiz müellim Ferec beyin biz ise İbrahim beyin neveleriyik(Ferec beyle İbrahim bey emioglu olublar).Onlarin babalarinin adi da İsmayil bey olub hansi ki indi biz hemin soyadi dasiyiriq.Men teessüf edirem ki,taleh ele getirib ki,biz heç vaxt goruşmemişik.Onun haqqinda çox oyrenmeye çalişmişam.İş ele getirib ki,men indi bir vaxtlar Çingiz müellimin katib oldugu rayonda, Astara Gömrük idaresinde çalişiram.Men ümüd edirem ki,men Çingiz müellimle mütleq görüşecem.Bu görüş menim üçün çox maraqlidir. Menim 25 yasim var.Eger bu yazini Çingiz müellimin tanişlarindan kimse oxuyursa.Ona melumat vermeyini xahiş edirem.Tel-055 322 33 85

elxan
01.12.2012, 11:13

men cingiz mellim haqqinda lent az da bir meqalede onu nazim hikmetin ogulluga goturduyunu oxudum.bunun ne derecede dogru olmasina cingiz mellim aydinliq getirse gozel olardi.

Sarayxatun
11.06.2013, 01:13

Zəhmətin yetirdiyi adamlar həqiqətən böyük olurlar...

N.Biləsuvarlı
18.06.2013, 21:10

Hörmətli Çingiz Fərəcovun keçdiyi keşməkeşli həyat yolu, fəaliyyəti qürur dolu həyat məktəbi, kişiliyin örnək nümunəsidir. Bu həyatı oxuduqca oxuyana xüsusi həyat, yaşamaq, yaratmaq eşqi və həvəsi, abırlı və ağıllı, insansevərlik hissiləri ilə yaşamaq meyilləri aşılanır. Allah Səni qorusun Çingiz müəllim.

seadet
12.08.2013, 03:07

ALLAH siza omur versin Faracov manim qohumumdu

Fuad Piriyev
23.02.2014, 06:06

Cingiz Ferecov Heyatda gorduyum en qeyri adi insanlardan biridir.Cingiz muellim kimi calisqan,isguzar,oz pesesini,dovletini,dovletciliyini mukemmel seviyyede bilen insanlar cox azdir.Allah size omur versin.

Rauf
23.02.2014, 23:44

Çigiz müəllim Xaçmazda rayon partiya komitəsinin birinci katibi çox az işlədi.Lakin 1 ildə 10 ilin işin gördü.Fəhlələr həmin ildə yaxşı əmək haqqı alırdılar.Biz onu indi də böyük sevgi ilə xatırlayırıq.Onu televizorda görəndə sevnirik

Orxan
07.07.2014, 02:17

Mütəxəssislərin çatışmadığı bir dövrdə Çingiz Fərəcov kimi enerjili, işgüzar, peçəkar, savadlı bir mütəxəssisin, yaş həddini əsas götürüb, pensiyaya çlxarmaq adı altında, işdən azad olunmasl ədalətsizlik və insafsızlıq hesab edirəm

Mine.Memmedova
06.06.2015, 00:05

Allah omur versin Çingiz Müellime.Gözəl şəxsiyyətdir.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

ARXİV