Modern.az

Bakıda bu avtobuslarda “Wi-Fi” QURAŞDIRILDI - qoşulma qaydası - FOTO

Bakıda bu avtobuslarda “Wi-Fi” QURAŞDIRILDI - qoşulma qaydası - FOTO

7 Oktyabr 2018, 10:25

Bakıda bəzi avtobuslarda pulsuz internet xidməti tətbiq edilir.

Modern.az xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC istismarında olan və nömrələri aşağıda qeyd edilmiş 3 ədəd “İsuzu Citiport” markalı avtobuslarda sınaq müddəti üçün "Free Wi-Fi" adlı yeni “wi-fi” cihazı quraşdırıb. Əgər sınaqdan keçirilən cihazlar uğurlu olacaqsa, 18, 61, 65 və 85 saylı xətlər üzrə avtobuslarda bu avadanlıqlar quraşdırılaraq sərnişinlərin xidmətinə veriləcək.

İnternetə qoşularkən telefonunuzun ekranına çıxacaq bu formanı dolduraraq pulsuz internetdən istifadə edə bilərsiniz:

99-JP-515 – 18 saylı marşrut xətti;

99-JM-355 – 65 saylı marşrut xətti;

99-JP-535 – 85 saylı marşrut xətti.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır