Modern.az

Putin onları Ukrayna ilə danışıqlara göndərir - ADLAR

Putin onları Ukrayna ilə danışıqlara göndərir - ADLAR

Dünya

Bu gün, 14:55

Rusiyanın Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlara gedən nümayəndə heyətinin tərkibi açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyanı danışıqlarda Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirliyinin rəhbərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki idarəsinin nümayəndələri – İqor Kostyukov və Yuri Jiqarlovski təmsil edəcəklər.

Məlumata görə, onların hamısı, həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirəyə dəvət olunublar.

Peskovun sözlərinə görə, Uşakov dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi kimi qarşıdakı danışıqlara kuratorluq edir. Medinski, Ryabkov, Qaluzin, Kostyukov və Jiqarlovski isə Əbu-Dabidə Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə daxil ediliblər.

Xatırladaq ki, Putin daha əvvəl ABŞ və Ukrayna ilə danışıqların noyabrın 10-1-də Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?