Modern.az

“Azərsu”: Vəziyyət nəzarət altındadır

“Azərsu”: Vəziyyət nəzarət altındadır

Aktual

2 Dekabr 2018, 10:35

“Paytaxtda müşahidə edilən yağışla əlaqədar vəziyyət tam stabildir”.

 

Bunu Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Hazırda şəhərin müxtəlif nöqtələrində vəziyyəti müşahidə etdiyini deyən Anar Cəbrayıllının sözlərinə görə, bütün xətlər işlək vəziyyətdədir:

“Bütün xətlərimiz, kanalizasiya nasos stansiyalarımız, baxış quyularımız. Barmaqlıqlar hamısı normal qaydada çalışır. Bütün rayon rəisləri iş başındadır”.

 

Qurum rəsmisinin sözlərinə görə, problemli ərazilər kimi bilinən Xırdalan, Binəqədi və digər ərazilərdə vəziyyət nəzarət altındadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır