Modern.az

Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

Bakı-Sumqayıt qatarının hərəkəti dayandırılır

7 Fevral 2019, 15:06

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkəti bir günlük dayandırılır.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, buna səbəb aparılan təmir işləridir:

“Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 10 fevralda birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır