Modern.az

Deputat: “Öz fəaliyyətinizə baxıb dəyərləndirin, sonra başqası haqqında fikir səsləndirin”

Deputat: “Öz fəaliyyətinizə baxıb dəyərləndirin, sonra başqası haqqında fikir səsləndirin”

13 Fevral 2019, 14:40

“Bu gün dünyada böyük güclər öz məqsədlərinə çatmaq üçün hərbi gücdən daha çox informasiya müharibəsinə üstünlük verirlər. Bu qüvvələr istədiyi ölkə, siyasi qüvvəyə qarşı informasiya təbliğatı başlatmaqla niyyətlərinə çatmaq üçün şərait formalaşdırmağa çalışırlar. Həmin güclər informasiya müharibəsində medianın gücündən istifadə edirlər. Bu qüvvələr Azərbaycandakı medianın və bəzi şəxslərdən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını həyata keçirilər”.

Modern.az-ın məlumatına görə, bunu Ölkə.az-a Milli Məclisin deputatı Rüstəm Xəlilov Azərbaycan prezidenti İlham Əliyevin Real TV-yə müsahibəsində ölkəmizə qarşı informasiya müharibəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu gün şəxsi maraqları naminə  Azərbaycanın milli maraqlarını istənilən qüvvələrə satmağa hazır olanlar var:

”Əfsuslar olsun bu qüvvələr və şəxslər üçün milli, dövlət maraqları anlayışı yoxdur. Elə DTX-nın bu günlərdə həyata keçirdiyi əməliyyat zamanı Azərbaycan haqqında xarici ölkəyə informasiya satan şəxs yaxalanıb.  Necə deyərlər, xarici qüvvələr sapı özündən olan baltalardan istifadə etməklə dövlətmizə, dövlətçiliyimizə, milli maraqlarmıza zərbə vururlar. Həmin qüvvələr bunların səsləndirdiyi fikirlərə istinadən edərək ölkəmizə qarşı informasiya müharibəsini həyata keçrirək əsassız ittihamlar səsləndirib, Azərbaycanı dünyada gözdən salmağa cəhd edirlər. Mən bunu sapı özümüzdən olan baltalrın dəstəyi ilə ölkəmizə qarşı həyata keçirilən mənəvi terror hesab edirəm”.

 

O, əlavə edib ki, bu insanların  mənəvi əxlaqi dəyərləri deqradasiyaya uğrayıb.

 

“Əgər hakimiyyətə müxalifsənsə,  o zaman mübarizəni sivil qaydada, qanunlar çərçivəsində apar. Və sivil formada mübarizə aparmaq üçün şərait mövcuddur.Bu gün Azərbaycan söz və fikir azadlığı, plüralizm mövcuddur. Amma milli-mənəvi dəyərlərdən uzaq,  qeyri-sivil metodlarla, insanları təhqir etməklə  mübarizə aparmaq   insanlığa sığan bir mübarizə metodu deyil”, - deyə deputat bildirib.

 

R.Xəlilov onu da bildirib ki, bu söyüş, təhqir kampaniyasını həyata keçirənlər və onun arxasında dayanan  müxalif qüvvələr  bir özlərinin fəaliyyətinə nəzərə salsınlar:

 

 “Özlərinin fəaliyyətsizliyi, bacarıqsızlığı nəticəsində 25 ildən artıqdır ki, müxalifətdədirlər. Bir öz fəaliyyətinizə baxıb dəyərləndirin, sonra başqası haqqında fikir səsləndirin. Əslində bu gün bu qüvvələrin mənəvi-əxlaqi dəyərlərdən uzaq həyata keçridiyi fəaliyyət nəticə olaraq özlərinə qarşı çevrilir. Xalq onların bu niyyətlərinin arxasında nə dayandığını yaxşı anlayır. Xalq onların ölkədəki sabitliyi pozun, “bulanıq suda balıq tutmaq” niyyətini yaxşı bildiyindən onlara dəstək vermir. Elə ötən həftə Sabirabadda seçicilərlə görüşümdə də seçicilər məndən  bu qüvvələrı qınadıqlarını, onların anti-milli qüvvələr olduğunu  geniş ictimaiyyət kütləsinə çatdırılmasını xahiş edibər. Seçicilər bir daha ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyini və onun yürütdüyü siyasəti dəstəklədiyni bildiriblər.  Xalq ölkə başçısının son günlərdə həyata keçirdiyi sosial islahatları dəstəklədiyini bəyan ediblər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi