Modern.az

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı 

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı 

Dünya

Bu gün, 09:52

ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampa sui-qəsd hazırlığında olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Fox News” ABŞ Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Məxfi Xidmətin əməkdaşları paytaxtın Konstitusiya prospektində park edilmiş avtomobildə şübhəli şəxsi aşkar ediblər.

Əməkdaşlar ona yaxınlaşaraq sorğu-sual etdikdən sonra həmin şəxsin ABŞ-yə qanunsuz yollarla daxil olmuş venesuelalı miqrant olduğu müəyyən edilib.

Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına başının içindəki səslərin ona paytaxta gedərək Trampı öldürməyi söylədiyini iddia edib.

Məxfi Xidmət əməkdaşları Trampı öldürməklə hədələdiyinə görə həmin şəxsi saxlayıblar.

Daha sonra şübhəlinin olduğu avtomobildə axtarış aparılıb. Avtomobilin oğurluq olduğu bildirilir.

Axtarış zamanı avtomobildən AR-15 tipli tüfəng, iki tapança və xeyli sayda patron aşkarlanaraq götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskiyə dostlarından ağır zərbə - Torpaqları ala bilməyəcəksən!