“Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub", - deyə Rusiya XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşayiətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.
Modern.az