Modern.az

Ötən gün 2 nəfər elektrik cərəyanının qurbanı olub

Ötən gün 2 nəfər elektrik cərəyanının qurbanı olub

24 Avqust 2016, 12:17

Avqustun 23-də Azərbaycanda 2 nəfər elektrik cərəyanı vurmasından ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan Eynulla Əşrəfovu evində elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

 

Digər bədbəxt hadisə Qəbələ rayonunun Savalan kəndindədə qeydə alınıb. Kənd sakini Ağali Çələbiyevi həyətində elektrik cərəyanı vurub. O da hadisə yerində ölüb.

 

Hər iki ölümlə bağlı araşdırma aparılır.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var