Modern.az

Fətullah Gülən tərəfdarları Almaniyaya qaçır

Fətullah Gülən tərəfdarları Almaniyaya qaçır

29 Sentyabr 2016, 11:51

Türkiyədə Fətullah Gülən tərəfdarlarına qarşı əməliyyatlar davam etdirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fətullah Gülən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyatlar artıqca onlar ölkədən qaçmağa çalışırlar.

 

Almaniyanın nüfuzlu "Deutsche Welle" qəzetinin yaydığı məlumatda bildirilir ki, indiyədək yerli hökumətə yüzlərlə FETÖ üzvü tərəfindən sığınacaq istəyi ilə müraciət edilib.

 

Həmçinin mənzil-qərargahı Berlində yerləşən FETÖ tərəfdarı Dialoq və Təhsil Fondunun prezidenti Ərcan Qaraqoyunlu da yüzlərlə Fəthullahçının Almaniyaya sığınacaq tələb etdiyini təsdiqləyib.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok