Sumqayıtda mənzildən meyit tapılıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasediciləri mənzilin qapısının açılmasını təmin ediblər. Mənzilə baxış zamanı 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın meyiti və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunub. Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilib.
Ç.Əbilovanın meyiti aidiyyəti üzrə təhvil veriblər.