Modern.az

Zirzəmidə yanmış kişi meyiti tapıldı

Zirzəmidə yanmış kişi meyiti tapıldı

11 Dekabr 2017, 23:27

Bakıda yanğın bir nəfərin həyatına son qoyub. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 kvadrat metr sahədə məişət tullantıları yanıb.

 

Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok