İranda zəlzələ olub. Modern.az xəbər verir ki, yeraltı təkanlar ölkənin qərb bölgəsində 4,1 bal gücündə qeydə alınıb.
Avropa Seysmoloji Mərkəzin məlumatına görə, yerli vaxtla saat 17:54-də qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 17 kilometr cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.