Modern.az

Qoyun oğruları saxlanılıb

Qoyun oğruları saxlanılıb

Aktual

24 Sentyabr 2018, 13:24

Füzuli və Siyəzən rayonlarında qoyun oğurlayan şəxslər saxlanılıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanıb. 

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhərinin ərazisində saxlanılıblar.

Siyəzən rayonunda M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok