Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.
Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.
Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.