Bakıda intihar faktı qeydə alınıb.
Modern.az BakuPost-a istinadən xəbər verir ki, hadisə Puşkin küçəsində, Anadolu restoranının olduğu binada baş verib. Belə ki, 15 mərtəbəli binanın 8-ci mərtəbəsində yaşayan sakin özünü ataraq intihar edib.
Məlumata görə, rus millətindən olan adı hələlik açıqlanmayan şəxs həmin binada həyat yoldaşı ilə birgə yaşayırmış. İntiharın baş vermə səbəbi açıqlanmayıb.