Modern.az

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - I YAZI

İbadət yerləri: Hansı rayonda neçə məscid var? - I YAZI

Aktual

28 Mart 2012, 10:14


Almaniya, Fransa, Bosniya-Herseqovina, Böyük Britaniya, İtaliya, İspaniya, Niderland və Avstriyada ümumilikdə 10 mindən çox məscid var.

Avropada ən çox məscid Almaniyadadır. Burada ən azı 2600 məscidin olduğu məlumdur. Bununla yanaşı, Fransada 2100, Bosniya-Herseqovinada 1870, Böyük  Britaniyada isə 1500 məscid mövcuddur. 

Təkcə London şəhərində 300-dək, Birmingem şəhərində isə 110 məscid var. 

Bəs Azərbaycanda vəziyyət necədir?

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, hazırda Azərbaycanda 1802 məscid var. Bu da təxminən hər 5 min nəfərə bir məscid deməkdir. Əlbəttə ki, bu göstərici müsəlman ölkəsi üçün çox azdır. Məsələn, qonşu Türkiyədə 80 min məscid var. 

Başqa sözlə desək, Türkiyə əhalisinin sayı bizdən 8 dəfə, məscidlərin sayı isə 40 dəfə çoxdur. Bu da o deməkdir ki, Türkiyədə hər min nəfərə bir məscid düşür. Ümumilikdə isə müsəlman ölkələrində hər 500-800 nəfərə, bəzilərində isə 1500 nəfərə bir məscid düşür.

Modern.az Azərbaycanda mövcud olan, məscdlər haqqında silsilə yazılara start verir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər haqqında geniş məlumat təqdim edəcəyik.

İlk olaraq ölkəmizin dindar bölgəsi sayılan cənub zonasının 5 rayonu haqqında məlumat təqdim edirik.

Qeyd edək ki, ölkədə mövcud olan məscidlərin böyük əksəriyyəti bu regionun payına düşür. Cənub zonasında hətta elə kəndlər var ki, orada iki məscid mövcuddur. Amma bununla yanaşı, hələ də qonşu kəndə ibadət etmək üçün gedən insanlar da var. Bəzi məscidlər isə sadəcə olaraq qəzalı vəziyyətdə olduğundan qapısına böyük bir qıfıl da vurulub…

Astarının 13 məscidi hələ də qeydiyyat gözləyir…

Hazırda Astara rayonunda 33 məscid var. Onlardan 20-si dövlət qeydiyyatından keçsə də, 13 məscid növbədə gözləyir. QMİ-nin Astara rayonu üzrə nümayəndəsi və Astara şəhər Qum məscidinin axundu Hacı İlqar Həsənov deyir ki, 13 məscidin sənədləri hazırlanıb və müvafiq instansiyalara təqdim olunub. Axund yaxın vaxtlarda həmin məscidlərin də dövlət qeydiyyatına  alınacağına ümid edir.

Astaranın gündəlik və mövsümi məscidləri…

Hacı İlqarın sözlərinə görə, Astaranın məscidlərinin fəaliyyəti iki qismə ayrılır: “Bəzi məscidlərimiz var ki, kənd yerlərindədir. Onlar Məhərrəm və Ramazan aylarında, dini bayramlarda fəaliyyət göstərir. Yəni gündəlik insanlar ora gələ bilmir. Amma bu o demək deyil ki. Məscidin qapısını qıfıllayırlar. Müxtəlif vaxtlarda məscid açılır və insanlar bura gələ bilirlər. Amma mərkəzi hissələrdə, yol kənarlarında olan məscidlərimiz hər gün fəaliyyətdədir”.

Astaranın qəzalı vəziyyətdə olan məscidi Şüvü kənd məscididir. Axundun sözlərinə görə həmin məscid hazırda istifadə olunmur: “Məscid köhnə olduğu üçün qəza vəziyyətə düşüb. İndi çalışacağıq ki, təmir olunsun, amma hazırda qapısı bağlıdır”.

Dini ocaqlarda dinin tədrisi məsələsinə gəlincə isə bu sarıdan Astarada nisbətən kasadçılıqdır. Belə ki, Hacı İlqarın verdiyi məlumata görə, rayonun Təngərud kənd məscidində Quran dərsləri keçirilir. Amma bu məscid dövlət qeydiyyatına hələ də alınmayıb: “Ola bilər ki, fərdi şəkildə tədrislə məşğul olanlar var, amma hələlik yalnız bu kəndin məscidinin yaxınlığında əlavə sinif otaqları tikilib və istəyənlər burada Qurani-Kərim və digər dini biliklər əldə edə bilirlər”.

Lənkəranda məscidlər fəaliyyət göstərir...

Cənub bölgəsinin ən böyük rayonu olan Lənkəranda 76 məscid var. Amma bu məscidlərin hamısı dövlət qeydiyyatından keçməyib. Qeydiyyat siyahısında cəmi 28 məscidin adı var. Amma QMİ-nin Cənub zonası üzrə nümayəndəsi və eyni zamanda Lənkəranın axundu Hacı Sədi Axundzadə bildirir ki, Lənkəran məscidlərinin hamısı gündəlik fəaliyyətdədir. Axundun sözlərinə görə, rayonda yalnız Rvo kəndində yerləşən məscid qəzalı vəziyyətdədir: “Məscid çox qədimidir. Hazırda məscidin divarlarında çatlar olduğundan fəaliyyət göstərmir.”

Amma maraqlıdır ki, qədim məscid milli abidələrimizin siyahısında varmı?

Hacı Sədi bildirir ki, Lənkəran ərazisində fəaliyyət göstərən məscidlərin bir neçəsində Quran dərslər, təfsir dərsləri keçilir. Məsələn elə şəhərin Füzuli və Əliağa Vahid küçələrində yerləşən məscidlərdə də bu var. Qeyd edək ki, Əliağa Vahid küçəsində fəaliyyət göstərən məsciddə qızlar üçün də dərslər keçilir.

Lerikin cəmi 9 məscidi qeydiyyata alınıb...

Cənub zonasının dağlıq hissəsi daha çox olan rayonu Lerikdir. Rayonda 76 məscid olsa da onlardan yalnız 9-u qeydiyyata alınıb. Lerik rayonunun axundu Hacı İlham bildirir ki, hazırda rayonun əksər kəndlərində kənd məscidləri fəaliyyət göstərir. Bəs görəsən 76 məsciddən niyə cəmi 9-u? Bu sualımıza da QMİ-nin Cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi aydınlıq gətirdi. Onun sözlərinə görə, digər məscidlərin sənədlərinin hazırlanması prosesində müəyyən gecikmələr olduğu üçün qeydiyyat məsələləri bir qədər yubanır. QMİ nümayəndəsi artıq məscidlərin əksəriyyətinin sənədlərinin qeydiyyat üçün təqdim olunduğunu bildirdi

Azərbaycanda ən çox məscid olan rayon – Masallı

Cənub bölgəsində və ümumiyyətlə Azərbaycanda ən çox məscidi olan rayon Masallıdır. Rayonun demək olar ki, bütün kəndlərində məscidlər var. Hətta bəzi böyük kəndlərdə iki məscid fəaliyyət göstərir. Masallıda olan 119 məsciddən 59-u qeydiyyatdan keçib. Rayon həm də qeydiyyatdan keçən məscidlərinin sayına görə də fərqlənir. Rayonun Axundu Hacı Maliklə əlaqə saxladıq. Amma dolğun bir məlumat ala bilmədiyimiz üçün yenidən cənub bölgəsi üzrə QMİ nümayəndəsinə müraciət etməli olduq. Rayon sakinlərindən məlumat var idi ki,  Masallının Şatroba kəndində iki məscid var. Kənd camaatı bu məscidlərdən birinə getmədiyindən məscid fəaliyyət göstərmir. Amma Hacı Sədinin sözlərinə görə isə həmin kənddə yeni bir məscid inşa olunub və insanların ibadəti üçün heç bir problem yoxdur.

61, yoxsa 1 məscid?

Cənub zonasının digər rayonu Yardımlıdır. Yardımlının 61 məscidi var. Amma həmin məscidlərdən cəmi 1-i yəni mərkəzi məscid tikiliş cəhətdən məsciddir. Qalanları isə uyğunlaşdırılmış binalardadır. Yəni, qısaca olaraq memarlıq cəhətdən məscid formasında olmasa da eyni funksiyanı yerinə yetirir. Yardımlının isə 11 məscidi qeydiyyatdan keçib. Qalanları isə hələ də qeydiyyat gözləyirlər.

Cənub bölgəsində yerləşən 5 rayon üzrə məscidlərin bəzilərinin adları

Astara

Astara şəhəri «Qum» məscidi

Astara rayonu Balaca Şahağacı məscidi

Astara rayonu Kakalos kənd məscidi

 Astara rayonu Təngərüd kənd məscidi

Astara r-nu Siyəkü kənd məscidi

Astara r-nu Sım kənd məscidi

Astara r-nu Şiyəkəran kənd məscidi

Astara rayonu Vaqo kəndi «Cümə» məscidi

Astara rayonu Kijəbə qəsəbəsi Lovayın kənd məscidi

Astara rayonu Maşxan kənd məscidi

Astara rayonu Giləkəran kənd məscidi

Astara rayonu Hamuşam kənd məscidi

Astara rayonu Sığaloni kənd məscidi

Astara rayonu Şuvi kəndi “Cümə” məscidi

Astara rayonu Kijəbə qəsəbə məscidi

Astara rayonu Şahağacı kənd məscidi

Astara rayonu Pensər kəndi “Hacı Teymur” Cümə məscidi

Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən məscid

Astara rayonu Səncərədi kənd məscidi

Astara rayonu Suparibağ kənd məscidi

Lerik

Lerik rayonu Ləmərud kənd məscidi

Lerik rayonu Lüləkəran kənd məscidi

Lerik rayonu Blaband kənd məscidi

Lerik rayonu Pirzəküçə kənd məscidi

Lerik rayonu Monidigah kənd məscidi

Lerik rayonu Cəngəmiran kənd məscidi

Lerik rayonu Rvarud kənd məscidi

Masallı

Masallı rayonu Hacıtəpə kənd məscidi

Masallı rayonu Hişkədərə kəndi “Əhli beyt” məscidi

Masallı rayonu Ərəb kənd məscidi

Masallı rayonu Qodman kənd məscidi

Masallı rayonu Hişkədərə kənd məscidi

Masallı rayonu Bağıroba kənd məscidi

Masallı rayonu Ərkivan qəsəbəsi“Həzrət Əli” məscidi

Masallı rayonu Şıxlar kənd məscidi

Masallı rayonu Xıl kəndi «İmam Zaman» məscidi

Masallı rayonu Həsənli kənd məscidi

Masallı rayonu Sığıncaq kənd məscidi

Masallı rayonu Sərçuvar kənd məscidi

Masallı r-nu Mollaoba kəndi məscidi

Masallı r-nu Ağakişibəyli kəndi «Şeyx Həsən» məscidi

Masallı r-nu Qarğalıq kənd məscidi

Masallı r-nu Boradigah qəs. məscidi

Masallı r-nu Kəlbəhüseynli kənd məscidi

Masallı r-nu Lürən kənd məscidi

Masallı r-nu Çaxırlı kənd məscidi

Masallı r-nu Ərkivan qəs. «Pələngküştə» məscidi

Masallı r-nu Şərəfə kənd məscidi

Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi

Masallı r-nu Mahmudavar kənd məscidi

Masallı r-nu Ərkivan qəsəbəsi «Hacı Şeyx Əli» məscidi

Masallı r-nu Aşurlu kənd məscidi

Masallı rayonu Qəriblər kənd məscidi

Masallı r-nu Eminli kənd məscidi

Masallı r-nu Ərkivan qəsəbəsi «Hacı Mirkərim Ağa» məscidi

Masallı r-nu Qızılavar kəndi «Peysə» kənd məscidi

Masallı r-nu Şatıroba kənd məscidi

Masallı rayonu Köçəkli kənd məscidi

Masallı rayonu Öncəqala kənd məscidi

Masallı ş. «Axund Məmmədqulu» məscidi

Masallı r-nu Sığdaş kənd məscidi

Masallı rayonu Köhnə Alvadı kənd məscidi

Masallı rayonu Miyankü kənd məscidi

Masallı rayonu Kubin kənd məscidi

Masallı rayonu Qızılağac kənd məscidi

Masallı rayonu Mollahəsənli kənd məscidi

Masallı şəhəri «İmam Hüseyn» məscidi

Masallı şəhəri Dal Dadva məhəllə məscidi

Masallı rayonu Banbaşı kənd məscidi

 Masallı rayonu Kalinovka kənd məscidi

Masallı rayonu Təzə Alvadı kəndi «Cümə» məscidi

 Masallı rayonu Xoşçobanlı kənd məscidi

Masallı şəhəri «Hacı Mirağa» məscidi

Masallı rayonu Xallıcalı kənd məscidi

Masallı rayonu Hüseynhacılı kənd məscidi

Masallı rayonu Babaser kənd məscidi

Masallı rayonu Təzəkənd kənd məscidi

Masallı rayonu I Yeddioymaq kənd məscidi

Masallı rayonu Qəzvinoba kənd məscidi

Masallı rayonu Qədirli kənd məscidi

Masallı rayonu Musaküçə kənd məscidi

Masallı rayonu Türkoba kənd məscidi

Masallı rayonu Böyük Xocavar kənd məscidi

Masallı rayonu Alışanlı kənd məscidi

Masallı rayonu Ərkivan qəsəbəsi “Göllü” məscidi

Yardımlı

Yardımlı rayonu Yardımlı şəhər məscidi

Yardımlı rayonu Perimbel kəndi «Hacı Mircəfər» məscidi

Yardımlı rayonu Avaş kəndi «İmam Museyi Kazım» məscidi

Yardımlı rayonu Zevin kəndi Qobular məhəlləsi «İmam Zaman» məscidi

Yardımlı rayonu Zevin kəndi Aşağı kənd məhəlləsi «İmam Hüseyn» məscidi

Yardımlı rayonu Zevin kəndi Yuxarı kənd məhəlləsi «İmam Həsən» məscidi

Yardımlı rayonu Aşağı Astanlı kənd məscidi

Yardımlı rayonu Gendərə kənd məscidi

Yardımlı rayonu Çanaxbulaq kənd məscidi

Yardımlı rayonu Çayüzü kənd məscidi

Yardımlı rayonu Yardımlı şəhəri Əsədabad məhəllə məscidi

Lənkəran

Lənkəran rayonu Osakücə kənd məscidi

Lənkəran rayonu Vilvan kənd məscidi

Lənkəran rayonu Kənarmeşə kənd məscidi

Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsində yerləşən məscid

Lənkəran rayonu Veravul kənd məscidi

Lənkəran rayonu Gərmətük qəsəbə məscidi

Lənkəran rayonu Veravul kəndi “Cümə” məscidi

Lənkəran rayonu Bəlləbur kənd məscidi

Lənkəran rayonu Göyşaban kənd məscidi

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi

Lənkəran rayonu Şağlaser kənd məscidi

Lənkəran rayonu Tükəvilə kənd məscidi

Lənkəran rayonu Səpnəkəran kəndi «Sahib Əzzaman» məscidi

Lənkəran rayonu Xolmili kənd məscidi

Lənkəran rayonu Moğnojoba kənd məscidi

Lənkəran r-nu Qurumba kənd məscidi

Lənkəran şəh. «Cümə» məscidi

Lənkəran r-nu Zövlə kəndi «Həzrət Əli» məscidi

Lənkəran r-nu Şıxakəran kənd məscidi

Lənkəran şəhəri Böyük bazar «Cümə» məscidi

Lənkəran şəhəri Kiçik Bazar «Hüseyniyyə» məscidi

Lənkəran rayonu Separadi kənd məscidi

Lənkəran rayonu Kərgəlan kənd məscidi

Lənkəran rayonu Ləj kənd məscidi

Lənkəran rayonu Şağlaküçə kəndi «İmam Zaman» məscidi

Lənkəran rayonu Nərimanabad qəsəbəsi “İmam Hüseyn” məscidi

Lənkəran rayonu Sinovli kənd məscidi

Lənkəran rayonu Haftoni qəsəbə məscidi

 

Orxan Əli

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok