Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında vəkil Elçin Sadıqov barəsində başlanmış intizam icraatına xitam verilib.
Modern.az xəbər verir ki, bu barədə E.Sadıqov özü məlumat verib. Hüquqşünas eyni zamanda bildirib ki, fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciəti də təmin edilib:
"Əlavə olaraq, Vəkilliyin 100 illiyi medalına layiq görüldüyüm bildirildi. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm".