Modern.az

Braziliyada karnaval keçirilməyəcək

Braziliyada karnaval keçirilməyəcək

23 Yanvar 2021, 17:57

Pandemiya səbəbindən iyul ayına təxirə salınması təklif edilən karnavala nə prefektura, nə də Rio-de-Janeirodakı Müstəqil Samba Məktəbləri Liqasından olan təşkilatçılar hazırlaşmağa vaxt tapmırlar.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rio-de-Janeironun meri Eduardu Payes deyib.

 

O bildirib ki, bu il Braziliyada karnaval keçirilməyəcək: 

 

“Mən heç vaxt karnavala olan həvəsimi və bu mədəni tədbirin şəhərimizin iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu dəqiq dərk etdiyimi heç vaxt gizlətməmişəm. Lakin hazırkı şəraitdə karnavalın iyul ayında keçirilməsinin mümkün olacağına inanmaq mənim üçün ağlasığmaz görünür”.

 

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var