Modern.az

“Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur” - FHN

“Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur” - FHN

Aktual

1 Avqust 2021, 20:33

Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından birinin ölüm xəbəri yayılıb.

 

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

 

“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə G.Mehdiyeva bildirib. 

 

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok