Modern.az

VHP Qadınlar Şurasına yeni sədr seçildi

VHP Qadınlar Şurasına yeni sədr seçildi

5 Fevral 2022, 14:22

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, deputat Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı:

 

"Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı.  İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”. 

 

Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs ediblər.

 

Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçilib. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır