Modern.az

Qarabağda işləyənlərin sayı açıqlanıb

Qarabağda işləyənlərin sayı açıqlanıb

Qarabağ

28 May 2026, 11:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib.

"Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib", - deyə rəsmi məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...