ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla aparılan danışıqlarda iki əsas məsələ barədə hələ razılıq əldə olunmayıb.
Modern.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social platformasında yazıb.
Onun sözlərinə görə, İranın nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı əsas məsələlər hələ də həll olunmayıb, baxmayaraq ki, iki tərəf artıq digər, daha az əhəmiyyətli məsələlərdə razılığa gəliblər.
"Digər məsələlərdə (İranın nüvə proqramı və Hörmüz boğazından başqa - red.), daha az əhəmiyyət kəsb edən məsələlərdə artıq razılığa gəlinib", - Tramp qeyd edib.
"Nyu-York Tayms" qəzetinin məlumatına görə, Donald Tramp hələlik İranla bağlı saziş üzrə yekun qərar verməyib.
Qəzet yazır ki, ötən gün Trampın məsləhətçiləri ilə Situasiya Mərkəzində keçirdiyi görüş təxminən iki saat davam edib, lakin konkret nəticə əldə olunmadan başa çatıb.
ABŞ lideri daha əvvəl bildirmişdi ki, müşavirə keçirəcək və yaxın vaxtlarda İranla bağlı vəziyyət üzrə yekun qərar qəbul edəcək.
Tramp vurğulayıb ki, İran heç vaxt nüvə silahına malik olmayacağını qəbul etməlidir.
O, həmçinin Tehrandan Hörmüz boğazını dərhal minalardan təmizləməyi tələb edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib ki, Tehran Vaşinqtonla mesaj mübadiləsini davam etdirir, lakin münaqişənin dayandırılması ilə bağlı hələlik razılıq əldə olunmayıb.