Bu gün UEFA Çempionlar Liqasının finalında Fransa PSJ-si İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək.
Modern.az xəbər verir ki, PSJ-nin rəhbərliyi futbolçuları ruhlandırmaq üçün onlara böyük mükafat vəd edib - qalib gələcəkləri təqdirdə yaxşı mükafat qazanacaqlar.
Fransanın nüfuzlu "L'Équipe" nəşrinin məlumatına görə, finalda qalib gələrlərsə, Paris klubunun hər bir oyunçusuna təxminən 1 milyon avro mükafat veriləcək.
Fransa klubunun rəhbərliyi ötən il də finalda "İnter"i 5:0 hesabı ilə məğlub edən futbolçulara da eyni məbləğdə mükafat ödəmişdi.
Çempionlar Liqasının final oyunu bu gün Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.