Modern.az

Pezeşkiandan nazirlərə Azərbaycanla bağlı TAPŞIRIQ

Pezeşkiandan nazirlərə Azərbaycanla bağlı TAPŞIRIQ

Dünya

Bu gün, 15:30

İran Prezidenti Məsud Pezeşkian bir sıra zəruri malların ölkəyə idxal edilməsi üçün Azərbaycan da daxil olmaqla, qonşu ölkələrin imkanlarından istifadə edilməsi ilə bağlı hökumətə göstəriş verib.

Modern.az İRNA-ya istinadən xəbər verir ki, Pezeşkian bu göstərişi nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə görüşdən sonra verib.

"Prezident ölkənin şimal limanlarının potensialından maksimum dərəcədə istifadə edilməsi, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsi, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin zəruriliyini vurğulayıb və bu sahədə müvafiq razılaşmaların həyata keçirilməsini sürətləndirməyə çağırıb", - deyə məlumatda bildirilib.

Məsud Pezeşkian qeyd edib ki, lazım gələrsə, əsas ehtiyac duyulan malların və dərmanların tədarükü və daşınması üzrə mümkün maneələrin tez bir zamanda aradan qaldırılması üçün qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla şəxsən özü məsləhətləşəcək.

Görüşdə bəzi cənub buraxılış məntəqələrində yaranan məhdudiyyətlər nəzərə alınmaqla, ölkəyə lazım olan zəruri malların, dərmanların və resursların idxalı ilə bağlı mövcud vəziyyət müzakirə edilib.

İqtisadiyyat nazirinin hesabatına görə, qonşu ölkələrlə aparılan məsləhətləşmələrdən sonra malların idxalını asanlaşdırmaq və artırmaq üçün xeyli sayda quru sərhəd məntəqəsinin və alternativ nəqliyyat marşrutlarının imkanları aktivləşdirilib və gücləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV