Modern.az

Azərbaycanda neçə Qarabağ veteranı var? - Rəsmi RƏQƏM

Azərbaycanda neçə Qarabağ veteranı var? - Rəsmi RƏQƏM

Ölkə

Bu gün, 13:30

2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda “Müharibə veteranı” statusu olan 183 087 nəfərə aylıq 80 manat Prezident təqaüdü verilir.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Müharibə veteranı” adı daşıyanlardan 179 423 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdir (“Qarabağ veteranları”).

80 manat aylıq təqaüd alanların 3 664 nəvəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.

A.Qorxmaz
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV