Modern.az

Zelenski 6 ölkədən 31 şirkətə sanksiya qoydu

Zelenski 6 ölkədən 31 şirkətə sanksiya qoydu

Dünya

Bu gün, 15:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və digər ölkələrin vətəndaşlarına, eləcə də onlarla şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Məlumata görə, Zelenski iki fərman imzalayaraq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) Avropa İttifaqının sanksiya qərarları ilə sinxronlaşdırılmış qərarlarını qüvvəyə mindirib.

Bildirilir ki, Avropa İttifaqının 20-ci sanksiya paketi ilə uyğunlaşdırılan yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlib. Onların bir hissəsi artıq Ukrayna tərəfindən sanksiyalara məruz qalmışdı.

Yeni qərar çərçivəsində daha 16 Rusiya vətəndaşına və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda qeydiyyatdan keçmiş 31 şirkətə qarşı məhdudiyyətlər tətbiq olunub.

Sanksiya siyahısına Rusiya strateji müəssisələrinin rəhbərləri, dövlət qurumlarının təmsilçiləri və Rusiya ordusunun ayrı-ayrı bölmələrinin nümayəndələri daxil edilib.

Bundan başqa, məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksinə aid müəssisələri, radioelektron mübarizə (REM) sistemləri istehsalçılarını, pilotsuz uçuş aparatları üçün proqram təminatı və komponent istehsal edən şirkətləri, həmçinin neft, qaz və qızıl hasilatı ilə məşğul olan müəssisələri də əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV