Modern.az

Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı

Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı

Dünya

30 May 2026, 10:45

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, qərar Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlar fonunda qəbul edilib.

“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa zərər vuran Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, rəsmi Moskva son dövrlər İrəvanın Avropa strukturları ilə əlaqələrinin genişlənməsi və Qərblə yaxınlaşması ilə bağlı narahatlığını dəfələrlə ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!