Narkoloji xəstə olan şəxslərin tibbi müayinə rəyi olmadan müəyyən peşə və vəzifələrə işə qəbuluna görə cərimə tətbiq ediləcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər 3 min manat məbləğində cərimə ediləcəklər.
Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, eləcə də narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə rəyi olmadan əmək müqaviləsi bağlayan vəzifəli şəxslər də min manat məbləğində cərimə olunacaqlar.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.