Modern.az

80 yaşlı milyonçu qadından inanılmaz JEST

80 yaşlı milyonçu qadından inanılmaz JEST

2 Oktyabr 2022, 11:00

Belçikada yaşlı bir qadın Brügge şəhərinə 5 milyon avro məbləğində yardım ayrılması üçün vəsiyyət edib.

 

Modern.az xəbər verir ki, bu günlərdə vəfat edən 80 yaşlı Niderland sakini mirasını şəhər meriyasına bağışlayıb.

 

Qadın ölkənin sənaye sektorunda çalışan bir ailənin üzvü olub və səkkiz il əvvəl Brüggenin mərkəzində məskunlaşıb.

 

Tarixi şəhər yaşlı qadını heyran edib və o, rəsmi olaraq Flamand şəhərini əmlakının benefisiarı qismində seçib.

 

Qadının əmlakına bankda 3,3 milyon avro nağd pul, 945 min avro qiymətli kağızlar və digər aktivlər, eləcə də 700 min avro dəyərində ev daxildir.

 

Brüggenin maliyyə müşaviri Mersedes Van Volçiem bu jestin çox nadir hadisə olduğunu dilə gətirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi