Modern.az

Əvvəl dost idilər, indi düşmən hesab edirlər

Əvvəl dost idilər, indi düşmən hesab edirlər

Dünya

Bu gün, 15:10

Yeni mövqe sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında Macarıstan nümayəndə heyətinin fəaliyyət istiqamətlərini müəyyən edən sənəddə əksini tapıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd baş nazir Peter Madyar tərəfindən imzalanıb və avqustun 25-də ölkənin rəsmi qəzetində dərc olunub.

Sənəddə bildirilir ki, “Rusiyanın davranışı Macarıstan, Avropa və qlobal nizam üçün təhlükə yaradır”. Həmçinin Macarıstan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Kiyevin özünümüdafiə hüququnu tanıyır.

Budapeşt eyni zamanda Ukrayna üçün davamlı sülh və uzunmüddətli təhlükəsizlik təminatlarına gətirib çıxara biləcək danışıqların aparılmasına yönəlmiş səyləri dəstəklədiyini açıqlayıb.

Beləliklə, Macarıstanın yeni hökumətinin mövqeyi Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumətin Moskva ilə daha yaxın münasibətlərə əsaslanan xarici siyasət kursundan ciddi şəkildə fərqlənir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!