Modern.az

Polad Bülbüloğlundan evlilik xəbərlərinə CAVAB

Polad Bülbüloğlundan evlilik xəbərlərinə CAVAB

Aktual

26 Avqust 2026, 14:35

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə ailə həyatı qurması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Modern.az xəbər verir ki, Polad Bülbüloğlu “Novoye Vremya” qəzetinə açıqlamasında bu barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

Hazırda Türkiyədə istirahətdə olduğunu bildirən sənətçi həyat yoldaşı Gülnarə Şıxəliyevadan boşanmadığını və yenidən evlənmədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mediada 81 yaşlı Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu barədə məlumat yayılıb. 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!