Bu, məcburi köçkünlüyün kədərli, nisgilli, ancaq sonu xoşbəxtliklə bitən hekayələrindəndir. Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin işğaldan əvvəlki, eyni zamanda, Qələbədən sonrakı foto və videolarının dili, ailə üzvlərinin xatirələri ilə canlandırılan bir hekayə...
Ermənistanın hərbi təcavüzü onları dağlar qoynunda yaşadıqları sevincli və bərəkətli günlərdən ayırıb çöllərə salmış, ağır şəraitdə yaşamağa məcbur etmişdi.
Mirik kəndindəki evlərinin xarabalığı belə, Balakişiyevlər ailəsi üçün keçmişin ab-havasını yaşadan əziz bir məkandır.
Xoş günlərin qayıdışı ailəni qürurlandırır və tezliklə doğma yurdda yaşayacaqlarına inam yaradır.
Modern.az Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Balakişiyevlər haqqında hazırlanan videoçarxı təqdim edir.