Modern.az

50 ildir çimməyən “Hacı dayı” öldü

50 ildir çimməyən “Hacı dayı” öldü

25 Oktyabr 2022, 21:31

İranda 50 ildir çimməyən “Hacı dayı” ləqəbli kişi vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın rəsmi "İrna" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, xəstələnmək qorxusu ilə yuyunmaqdan imtina edən iranlı 94 yaşında dünyasını dəyişib.

 

Fars əyalətinin Farsbənd rayonunun Dəcgah kəndində yaşayan kişi bir neçə il əvvəl gənclər tərəfindən hamama aparılsa da, o, maşından düşüb qaçmışdı.

 

Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan "Hacı dayı" illər sonra kənd sakinlərinin səyi ilə hamamdan istifadə edib, lakin bundan bir neçə ay sonra xəstələnərək dünyasını dəyişib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi