Modern.az

"Əhmədli"də sərnişin qatar yoluna düşüb

"Əhmədli"də sərnişin qatar yoluna düşüb

Hadisə

Bu gün, 19:30

Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

Modern.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!