Modern.az

Deputat: “Mən razı deyiləm, əleyhinə səs verəcəm”

Deputat: “Mən razı deyiləm, əleyhinə səs verəcəm”

Aktual

23 Noyabr 2022, 12:15

"Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deputatlardan biri sözügedən sənədin əleyhinə səs verəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, həmin deputat parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli olub.

 

“Mən əvvəl də demişəm, indi də deyirəm, qanun layihəsi ilə razı deyiləm, əleyhinə səs verəcəm”, - parlamentari bildirib.

 

Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputata cavab verib: “Necə demisən, elə də qeyd olunacaq, buyur”.

 

Qeyd edək ki, bu gün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?