Modern.az

İspaniya dünya çempionatına 7 qolla başladı- YENİLƏNİB

İspaniya dünya çempionatına 7 qolla başladı- YENİLƏNİB

Aktual

23 Noyabr 2022, 22:01

İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb.

 

Modern.az xəbər verir, E qrupunun ilk turunda Kosta Rika ilə üz-üzə gələn Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.

 

***

21:37

İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib.

 

Bu dəfə 74-cü dəqiqədə Qavi fərqlənib.

 

***

Dünya çempionatında mübarizə aparan İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

 

İspaniya - Kosta Rika - 7:0 

 

Qol: Dani Olmo, 11, Marko Asensio, 21, Ferran Torres, 31, 54, Qavi, 75, Soler, 90, Alvaro Morata, 90+3

Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

"Al Tumama" stadionu

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq