Modern.az

Şəhidimiz dəfn olundu - FOTOLAR+VİDEO (YENİLƏNİB)

Şəhidimiz dəfn olundu - FOTOLAR+VİDEO (YENİLƏNİB)

Aktual

6 Mart 2023, 12:30

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Şəhriyar Əlibəyli son mənzilə yola salınıb.

 

Modern.az xəbər verir ki, onun nəşi İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

 

 

 

***

Dünən erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına aparılıb.

 

Modern.az xəbər verir ki, hərbi qulluqçu ilə vida mərasimi başa çatıb.

 

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu şəhid olub.

 

 

 

***

Martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı şəhid olan 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, vida mərasimindən sonra şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

 

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimayyət nümayəndələri iştirak edir.

 

Qeyd edək ki, 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olan baş leytenant Əlibəyli subay olub, ailənin yeganə övladı idi. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan şəhidmiz Vətən müharibəsinin iştirakçısı olub, Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!