Modern.az

Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək

Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək

Dünya

Bu gün, 10:31

Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundu yaxın vaxtlarda keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

Kremlin sözçüsü görüşün tarixi ilə bağlı hələlik dəqiq məlumatın olmadığını deyib.

“Görüş yaxın vaxtlarda baş tutacaq, lakin hələlik tarixlə bağlı heç bir dəqiqlik yoxdur”, – deyə Peskov bildirib.

Xatırladaq ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçirilib.

Rusiya nümayəndə heyətinə rəhbərlik edən Prezidentin köməkçisi Vladimir Medinski görüşdə Avropanın təhlükəsizlik arxitekturası məsələsinin əsas müzakirə mövzusu olduğunu açıqlayıb.

O, həmçinin Rusiya ilə Ukrayna arasında əsirlərin genişmiqyaslı yeni mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib. Mübadilənin konkret parametrlərinin yaxın vaxtlarda açıqlanacağı qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə