Modern.az

“Şəhriyar deyirdi ki, məni boynumdakı dəmir qoruyur” – Şəhidin müəllimi

“Şəhriyar deyirdi ki, məni boynumdakı dəmir qoruyur” – Şəhidin müəllimi

Aktual

6 Mart 2023, 12:48

"Anası ona deyirdi ki, işini dəyiş, çətindir. Şəhriyar isə "yox, mən başqa yerdə çalışa bilmərəm" deyirdi. Hətta onun bir boyunbağı vardı, 44 günlük müharibədə nə qədər təhlükələri atlatdı. Deyirdi ki, ana, bax boynumdakı dəmir məni qoruyur. "Bəs sənin başına bir iş gəlsə, biz nə edərik? Səni necə taparıq" söyləyirdik".

 

Modern.az xəbər verir ki, bunu ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Şəhriyar Əlibəylinin müəllimi Aynur Zülfüqarova jurnalistlərə açıqlamasında deyib.

 

"Həmişə o dəmir boyunbağını göstərib deyirdi ki, bax, bununla bilinir bizim adımız. Anası deyir, o evdədir, mənim oğlum ölə bilməz. Sözün bitdiyi yer. Vətən sağ olsun. Şəhriyar şəhidlik zirvəsinə ucaldı. 

  
Müəllim ailəsindəndir. Anası biologiya müəllimidir. Çox vətənpərvər xanımdır. Şəhidimizin anası elan etmişdi ki, şəhid, qazi ailələrinin övladlarını təmənnasız hazırlaşdırırdı. Şəhriyar anası üçün iş otağı hazırlamışdı ki, dərslərini rahat keçsin", - müəllim söyləyib.

 

Qeyd edək ki, martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu şəhid olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı