Modern.az

Gərginliyin artmasından narahatıq - Zaxarova

Gərginliyin artmasından narahatıq - Zaxarova

Aktual

6 Mart 2023, 17:42

“Qarabağda gərginliyin artmasından ciddi narahatıq".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

O xatırladıb ki, martın 5-də itkilərlə nəticələnən silahlı insident baş verib. Zaxarova tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.

 

“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik", - sözçü bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı