Modern.az

Deputatın güllələnməsi ilə bağlı cinayət işi AÇILDI - VİDEO

Deputatın güllələnməsi ilə bağlı cinayət işi AÇILDI - VİDEO

Aktual

28 Mart 2023, 23:02

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

 

"Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur", - Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.

 

 

***

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

 

Qeyd olunub ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı