Modern.az

Lənkəran sakinlərindən sənədsiz ov tüfənglərı götürüldü

Lənkəran sakinlərindən sənədsiz ov tüfənglərı götürüldü

Aktual

25 Aprel 2023, 11:04

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et