Modern.az

Deputatı “topa tutdular”, Çovdarov məyus oldu – Modern.az-ın icmalı 

Deputatı “topa tutdular”, Çovdarov məyus oldu – Modern.az-ın icmalı 

Aktual

26 Aprel 2023, 09:48

Aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana səfəri, Milli Məclisdə deputat Vahid Əhmədovla bağlı müzakirələr, Rusiya sülhməramlılarının komandanının dəyişməsi və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Dünən Prezident İlham Əliyev Bolqarıstana səfər edib. Azərbaycan və Bolqarıstan dövlət başçılarının iştirakı ilə Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib

 

“Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”, - dövlət başçısı mərasimdə çıxışı zamanı deyib.

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb. Ali Məhkəmədə hakim Rəşad Abdulov şikayəti təmin edib və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq qərarına gəlib. Onun əvəzinə bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib. 67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

 

Dünən Milli Məclisin iclası keçirilib. İclasda Hesablama Palatasının illik hesabatı müzakirəyə çıxarılıb. Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Deputatlar müzakirələrdən sonra Palatanın hesabatını qəbul ediblər. 

 

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin ötən gün keçirilən iclasında sərt tənqid olunub. Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib. Spiker Sahibə Qafarova bununla bağlı tapşırıq verib. “Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”,- deyə sədr bildirib. Deputatlar sədrin tapşırığını dəstəkləyib.

 

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

 

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana səfər edəcək. XİN başçısı aprelin 26-28-də Azərbaycan və Ermənistanda səfərdə olacaq. Səfərin gündəliyi hələlik məlum deyil.

 

Dünən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ABŞ-a səfər edib. O, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. "Biz insan hüquqları, təhsil və iqtisadi tərəfdaşlıq və ölkələrimizə təsir edən digər sahələri müzakirə etdik", - Blinken deyib.

 

Pakistanın şimal-qərbində yerləşən Svat vadisinin terrorla mübarizə idarəsində güclü partlayış baş verib. Terrorla mübarizə idarəsinin silah-sursat anbarında baş verən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

 

Rusiyanın Xakasiya bölgəsinin Ali Sovetinin Kommunist partiyasından olan deputatı Dmitri İvanov Ukraynada döyüş bölgəsində öldürülüb. Deputat "Vaqner" muzdlularının tərkibində döyüşlərdə iştirak edib.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvaya gələn İran, Suriya və Türkiyədən olan həmkarları ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Qeyd olunub ki, Suriya Ərəb Respublikasında təhlükəsizliyin gücləndirilməsi və terrorizmlə mübarizə də müzakirə olunub.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Azərbaycan Qarabağı tam nəzarətə götürür - “Kommersant” yazır

Əfv siyahısı bu ay Prezidentə göndəriləcək - Onların arasında “ömürlüklər” də var

Rusiya hərbçilərini Qarabağdan çıxarır, yerinə çağırışçılar gəlir - ŞOK İDDİA

Sərhədləri Avropadan gələn casus şəbəkəsi pozub - Zahid Oruc

Kohen Azərbaycana silah satışından DANIŞDI: Məsuliyyətlə hərəkət edirik

Türkiyə İrəvandan Zəngəzur dəhlizini açmağı TƏLƏB EDİR

İnce şokda: Daha 150 nəfər partiyadan istefa verdi

Sülhməramlıların yeni komandanı KİMDİR... - DOSYE

Bakıda kirayə mənzillərin qiyməti iki dəfə BAHALAŞIB

“Toyumda içki verməmişdim, amma qonaqların yarısı sərxoş idi” – Tural Abbaslı ilə MÜSAHİBƏ

Cansu Bektaşa Azərbaycan bayrağı verildi - FOTO

Hansı partiyaların 5 min üzvü var... - ARAŞDIRMA

Türkiyə istehsalı hərbi təlim təyyarəsinin ilk uçuşu - VİDEO

Ermənistan ordusunda 11 minə yaxın fərari olub - RƏSMİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et