Modern.az

Rusiya hərbçilərini Qarabağdan çıxarır, yerinə çağırışçılar gəlir - ŞOK İDDİA

Rusiya hərbçilərini Qarabağdan çıxarır, yerinə çağırışçılar gəlir - ŞOK İDDİA

Aktual

25 Aprel 2023, 13:24

Rusiyanın Ukraynadakı itkiləri kifayət qədər çox olduğu üçün yaranan çatışmazlıq kimsə tərəfindən ödənilməlidir.

 

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "RBC Ukrayna"ya müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Rusiya gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti çıxarmaq və mövcud kontingenti çağırışçı gənclərlə əvəz etməyə qərar verib.

 

 

"Yəni müqaviləli əsgərlər çıxarılır, çağırışçılar göndərilir", - deyə Budanov bildirib. Onun fikrincə, Rusiya Qarabağdakı hərbçiləri Ukraynada müharibəyə cəlb edəcək. Həmin hərbçilərin yerini doldurmaq üçün çağırışçılar Qarabağa gətiriləcək.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Budanovun iddialarına hələlik şərh verməyib. 

Twitter
Sizə yeni tvit var
Keçid et