Modern.az

Kohen Azərbaycana silah satışından DANIŞDI: Məsuliyyətlə hərəkət edirik

Kohen Azərbaycana silah satışından DANIŞDI: Məsuliyyətlə hərəkət edirik

Aktual

25 Aprel 2023, 11:12

G7 ölkələrinin əksəriyyəti güclü silah sənayesi ilə xarakterizə olunur. Fransa, ABŞ və digərləri silah satırlar.

 

Modern.az xəbər verir ki, bunu "Zman" nəşrinə müsahibəsində İsrailin xarici işlər naziri Eli Kohen deyib.

 

O, ölkəsinin Azərbaycana silah satışı ilə bağlı suala cavabında bildirib ki, İsrail dünyanın ən mürəkkəb yerlərindən birində yerləşir, nəhəng və müstəqil hərbi imkanlar formalaşdırıb: "Düşünürəm ki, biz məsuliyyətlə hərəkət edirik və beynəlxalq qaydalara əməl edirik".

 

Qeyd edək ki, Azərbaycan İsraildən pilotsuz uçuş apartları, hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar alır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2018-2022-ci illəri əhatə edən silah satışları hesabatına əsasən, İsrail silahlarının 9.1%-ni Azərbaycan alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et